İngiltərənin "Mançester Yunayted" klubu hücumçusu Kriştianu Ronaldunu bir şərtlə satmağa hazırdır.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Premyer Liqadan kənar bir klubun 37 yaşlı hücumçunun həftəlik 500 min funt sterlinqlik müqavilə öhdəliyini öz üzərinə götürməsini istəyir.
Portuqaliyalı forvard bu yaxınlardan "Mançester Yunayted"dən ayrılmaq istədiyini bildirib və agentindən yeni komanda tapmasını xahiş edib. Lakin Mançester təmsilçisi Ronaldunun təlim-məşq toplanışına qatılmasını gözləyir.
Qeyd edək ki, "Mançester Yunayted" ötən mövsüm Premyer Liqanı 58 xalla 6-cı sırada başa vurub. Ronaldu ümumilikdə "qırmızı şeytanlar"da 38 matça çıxıb və 24 qola imza atıb. Təcrübəli forvardın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.