
Yeni mövsümə hazırlaşan “Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” toplanışın üçüncü gününü bir məşqlə yekunlaşdırıb.
Ötən gün Türkiyə “Qaziantep”i ilə yoxlama oyunu (1:2) keçirən komandanın hazırlığı səhər saatlarında baş tutub. Bərpa xarakterli məşq iki qrupda keçib.
Futbolçuların bir hissəsi fitnes zalda məşq edib. Digər oyunçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər. “Qəbələ”nin yeni transferi Feras Abu Akalda məşq prosesinə qoşulub.