
"İkinci liqanın oyununu idarə etmək üçün Azərbaycana getmişdim. Matçdan öncə Bəhramovun evində gecələməli oldum".
Sportnet.az-ın məlumatına görə, bunu Rusiyalı keçmiş futbol referisi Sergey Belyayev "Sport-Express" nəşrinə geniş müsahibəsində Azərbaycanın dünyaca məşhur hakimi Tofiq Bəhramovla bağlı maraqlı xatirəsini bölüşərkən deyib.
O bildirib ki, gecə yarısı mənzilə oğrular daxil olmaq istəyiblər: "Qapını açmağa cəhd edirdilər. Çarpayı kifayət qədər böyük olduğundan, bir yerdə yatmışdıq. Birdən Tofiq yerindən sıçrayıb qaçdı. Nəyin baş verdiyini birtəhər anladım. Heç polisə də zəng etmədilər. Bəhramovun mənzili Bakının tam mərkəzində yerləşirdi. Mənzilin eyvanı isə Soçi çimərliyinin yarısı boyda idi. Səhər həmkarım məni qatara mindirib oyunun olacağı rayona göndərdi".
Belyayev adını açıqlamadığı matçda qalmaqal baş verdiyini söyləyib: "Görüşü Moskvadan olan referi idarə edirdi. Oyun vaxtı ona tribunadan yumurta atırdılar. Sonradan futbolçular da qərarlarına görə baş hakimə fiziki təzyiq göstəməyə başladılar".