İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında koronavirusa ilk yoluxma halı aşkarlanıb.
Sportnet.az xəbər verir ki, yerli ölkə millisinin müdafiəçisi Lotte Vubben-Moydan götürülmüş analizin nəticəsi müsbət çıxıb.
23 yaşlı oyunçu komandanın düşərgəsini tərk edib. Karantinə alınan futbolçu iyulun 11-də Norveçə qarşı keçiriləcək qrup oyununu buraxacaq.
Turnirin startından öncə yığmanın 2 üzvü - Aleks Qrinvud və Ellen Uayt koronavirusa yoluxub.
Qeyd edək ki, İngiltərə millisi ilk turda Avstriyanı 1:0 hesabı ilə məğlub edib.