
Almaniyanın "Bavariya" klubu futbolçusu Omar Riçardsla yollarını ayırıb.
Sportnet.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi İngiltərənin "Nottingem Forest" klubuna keçib.
Qeyd edək ki, ingiltərəli oyunçu ötən mövsüm "Bavariya"nın heyətində 17 matçda meydanda olub.