İspaniyanın "Barselona" klubu futbolçusu Usman Dembele ilə müqavilənin müddətini uzadır.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.
25 yaşlı hücumçu ötən gün axşam saatlarında Barselona şəhərinə çatıb. Fransalı forvardın yeni sözləşməsi 2024-cü ilin iyununadək nəzərdə tutulacaq.
Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandes oyunçunun komandada qalmasını istəyib. Bundan əlavə, Dembele maaşının azaldılmasına da razı olub.
Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. Hücumçu 2018-ci ildə Fransa millisi ilə dünya çempionatının qalibi olub.