
Türkiyənin "Fənərbağça" klubu yeni transferini gerçəkləşdirib.
Sportnet.az xəbər verir ki, bu barədə italiyalı tanınmış jurnalist Canluka Di Martsio bildirib.
Onun sözlərinə görə, İstanbul təmsilçisi İtaliya “Kalyari”sinin futbolçusu Juan Pedro ilə 3 illik müqavilə imzalayacaq. "Fənərbağça" 30 yaşlı yarımmüdafiəçinin keçidi üçün qarşı tərəfə 6,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Juan Pedro bu il İtaliya millisində debüt edib.