
"Turan Tovuz" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Tovuz təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, 27 yaşlı gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidze ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son mövsümü “Telavi”də keçirən Marakvelidze Tbilisi “Dinamo”sunun yetirməsidir.
Yarımmüdafiəçi vətənində “Zestafoni”, “Merani” və “Liakvi”nin da formasını geyinib. "Turan Tovuz" daha əvvəl gürcüstanlı İmeda Aşortianın da keçidini açıqlayıb.