Almaniya millisinin sabiq futbolçusu Mesut Özil Türkiyənin "Başakşehir" klubu ilə müqavilə imzalayıb.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçinin sözləşməsi 1+1 illik nəzərdə tutulub.
Qeyd edək ki, Mesut Özil son olaraq Türkiyədə "Fənərbağça"nın formasını geyinib. Təcrübəli oyunçu İspaniyanın "Real Madrid" və İngiltərənin "Arsenal" klublarının da şərəfini qoruyub. Yarımmüdafiəçi 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.