İspaniya "Barselona"sından ayrılan Braziliya millisinin futbolçusu Daniel Alveşin yeni klubu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 39 yaşlı müdafiəçi karyerasını Meksikanın "Pumas" komandasında davam etdirəcək.
Təcrübəli oyunçunun müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, 2021-ci ilin noyabrında "Barselona"ya qayıdan Daniel Alveş 2008 - 2016-ı illərdə də Kataloniya təmsilçisinin formasını geyinib.