
Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov qrip xəstəliyinə yoluxub.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı hücumçu bu səbəbdən səfərdə "Frayburq 2"yə qarşı keçirdikləri III Bundesliqanın I tur oyununu buraxmalı olub.
Aue təmsilçisi hazırda davam edən matçın ilk hissəsində 1:0 hesabı ilə öndədir.
Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Ertsgebirge"nin formasını geyinir.