Futbol üzrə İngiltərə Premyer Liqasının oyunlarında azarkeşlərin qanunsuz hərəkətlərinə qarşı tədbirlər sərtləşdirilib.
Sportnet.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA), İngiltərə Premyer Liqası (EPL) və İngiltərə Futbol Liqası (EFL) bununla bağlı addımları dəstəkləyib.
2022/23 mövsümünün əvvəlindən klublar xuliqanlarla barədə polisə məlumat verəcəklər. Tələblərə əməl etməyən fanatların hətta həbs oluna biləcəyi bildirilib.
Stadionlarda azarkeşlərin üzərində qadağan olunmuş əşyaları axtarmaq üçün xüsusi itlərdən daha geniş istifadə olunacaq.