
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son oyun günündə daha 6 cavab qarşılaşması keçirilib.
Azərbaycan çempionu "Qarabağ" İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə edərək, mərhələ adlayıb. "Köhlən atlar" Bakıdakı ilk görüşdə qələbə qazanmışdı - 3:2.
Türkiyə "Fənərbağça"sı evdə Ukraynanın "Dinamo" (Kiyev) klubuna uduzaraq, mübarizəni dayandırıb.
Macarıstan "Ferentsvaroş"u isə Slovakiyada "Slovan" (Bratislava) kollektivini darmadağın edərək, III raundda "Qarabağ"ın rəqibi olub.
-----------------------------------
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, növbəti oyun günün daha 6 cavab qarşılaşması keçiriləcək.
Azərbaycan çempionu "Qarabağ" İsveçrədə "Sürix"in qonağı olacaq. "Köhlən atlar" Bakıdakı ilk görüşdə qələbə qazanıb - 3:2.
"Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqiblərindən "Ferentsvaroş" Macarıstanda Slovakiyanın "Slovan" (Bratislava) kollektivi ilə üz-üzə gələcək. İlk oyunda Bratislava təmsilçisi qalib gəlib - 2:1.
"Fənərbağça" Türkiyədə Ukraynanın "Dinamo" (Kiyev) klubunu sınağa çəkəcək. Komandanlar arasındakı ilk qarşılaşmada hesab açılmayıb.
27 iyul
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
20:00. "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) - 8:0
Qollar: Huqo Vetlesen, 8. Viktor Bonifeys, 22 (p). Amahl Pelleqrino, 25; 55 (p) Ulrik Saltnes, 29. Runar Espoyord, 53; 89. Alfons Sampsted, 74.
İlk oyun - 0:1
21:00. "Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) - 2:2 (ƏLAVƏ VAXTDA - 0:1)
Qollar: Maksim Medvedev, 4 (avtoqol). İvan Santini, 90+6 - Kadi Borges, 55. Ovusu Kvabena, 97
İlk oyun - 2:3.
21:00. "Malmö" (İsveç) - "Jalgiris" (Litva) - 0:2
Qollar: Matias Kehinde, 35. Renan, 53
İlk oyun - 0:1.
21:00. "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:2 (ƏLAVƏ VAXTDA - 0:1)
Qollar: Attilla Szalai, 89 - Vitali Buyalski, 57. Oleksandr Karavayev, 114
İlk oyun - 0:0.
22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) - 1:4
Qollar: Vernon De Marko, 71 - Frank Boli, 20. Kristoffer Zakariassen, 31. Adama Traore, 89. Aissa Laiduni, 90+5
İlk oyun - 2:1.
23:00. "Olimpiakos" (Yunanıstan) - "Makkabi" (Hayfa, İsrail) - 0:4
Qollar: Tyaronn Şeri, 5. Fratsdi Pyero, 61; 65. Məhəmməd Abu Fani, 87
İlk oyun - 1:1.