Fransa PSJ-si heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi Almaniyanın "Leyptsiq" komandasından 25 yaşlı müdafiəçi Nordi Mukieleni transfer edib. Konqo əsilli fransalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
İddiaya görə, PSJ Fransa millisinin üzvü üçün qarşı tərəfə 10 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Nordi Mukiele ötən mövsüm "Leyptsiq"in heyətində 38 oyuna 2 qol vurub və 4 məhsuldar ötürmə edib.