Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Bakı klubu Kiprin Yüksək Liqasında çıxış edən "Atrikas Xlorakas"la qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan təmsilçisindən qolları Davit Volkov və Anatoli Nuriyev vurublar.
Qeyd edək ki, "Sabah" ilk yoxlama görüşündə İsrailin "Hapoel" (Hadera) klubuna uduzub - 0:1.