"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar İsveçrədə "Sürix"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə təşkil edilən mətbuat konfransında nümunəvi addımı ilə yadda qalıb.
Sportnet.az xəbər verir ki, tədbirdə yerli jurnalistlərdən biri 50 yaşlı mütəxəssisə rus dilində sual verib. Qurbanov isə cavabında "Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm” deyib.
Sualı dinləyən baş məşqçinin cavabı Azərbaycan dilində olub.
Qeyd edək ki, iyulun 27-də keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.