
İtaliyanın "Fiorentina" klubu rusiyalı futbolçusu Aleksandr Kokorini əsas komandadan kənarlaşdırıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, Florensiya təmsilçisi 31 yaşlı yarımmüdafiəçini mövsüm öncəsi Avstriya və İspaniyadakı təlim-məşq toplanışına aparmayıb.
Klubun tezliklə Kokorinlə müqaviləni ləğv edəcəyi gözlənilir.
Qeyd edək ki, Aleksandr Kokorin 2021-ci ilin yanvarında "Spartak"dan "Fiorentina"ya keçib. Oyunçunun müqaviləsi 2024-cü yayında başa çatmalıdır.