"Ferentsvaroş"un əla qələbəsi həm də Macarıstan çempionatının səviyyəsindən xəbər verir".
Sportnet.az xəbər verir ki, bunu Rusiyanın futbol millisinin sabiq baş məşqçisi Anatoli Bışovets deyib.
O, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesovu Slovakiyada "Slovan" (Bratislava) üzərində 4:1 hesablı qələbə münasibətilə təbrik edib:
"Sonrakı uğur yalnız rəqibdən asılı olacaq. Ancaq Stanislav Salamoviçə birmənalı təbrik düşür! “Qarabağ” onun komandası üçün çox münasib komandadır. Çerçesova uğurlar arzulaya bilərik"!
Qeyd edək ki, "Qarabağ" ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.