
2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” sonuncu yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Aleksey Baqanın baş məşqçi olduğu komanda son İran çempionu “İstiqlal”la üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.
Qeyd edək ki, "Sumqayıt" iyulun 29-da keçiriləcək bərpa məşqi ilə yeni mövsümə hazırlıq prosesinin 2-ci mərhələsini yekunlaşdıracaq. Komanda iyulun 30-da Vətənə qayıdacaq.