
"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan "Ferenstvaroş"u ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 26 futbolçu daxil edilib. Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, on biri yarımmüdafiəçi, beşi isə hücumçudur.
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Riçard Almeyda, 8. Marko Yankoviç,10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 27. Toral Bayramov, 44.Elvin Cəfərquliyev
Hücumçular: 11. Kvabena Ovusu, 22. Musa Qurbanlı, 25. İbrahima Vadji, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.