Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrə Super Liqasında fərqlənib.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu yeni transfer olunduğu "Qrasshoper"də qol hesabını açıb. O, III turda səfərdə "Yanq Boyz"la matçın ikinci hissəsi başlayan kimi meydana daxil olub və 49-cu dəqiqədə komandasını məğlubiyyətdən xilas edib - 1:1.
Dadaşov 90+4-cü dəqiqədə sarı vərəqə ilə də yadda qalıb.
Bu nəticədən sonra "Qrasshoper" 2 oyundan 4 xalla 4-cü pillədə yer alıb.