1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nikolay Adam: "28 ən yaxşı komanda sırasına düşdük"
"Bu oyunun nəticəsi bizim elit-raund haqqında müsbət fikirlərimizə təsir etməyəcək". Sportnet.az-ın məlumatına görə, bu sözləri affa.az saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Nikolay Adam deyib.
U-19 Avropa çempionatının elit-raund mərhələsinin son oyununda Danimarka (0:3) məğlubiyyətindən danışam Adam rəqiblərinin güclü olduqlarını deyib: "Məşqçilər heyəti ilə rəqiblərimizin oyununu analiz edərkən Danimarkanın güclü komanda olduğunu qeyd etmişdim. Məncə, qrupumuzda yer alan komandalar arasında komanda şəklində ən güclü məhz Danimarka yığması idi. Oyundan əvvəl bilirdik ki, bu qarşılaşma heç də asan olmayacaq. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Ancaq qalib gəlsək belə, heç nə dəyişməyəcəkdi. Heyətdəki itkilər də nəticəyə təsir etdi. İlyas Səfərzadə cəzalı, Fəhmin Muradbəyli və Renat Ağaverdiyev isə zədə səbəbindən oynamırdı. Bunlar və Danimarkanın da güclü olması böyükhesablı məğlubiyyətlə nəticələndi. Onu da qeyd edim ki, qapıçımız Tolqa Şahinin fantastik oyunu hər üç oyunda hesabın daha böyük olmasına imkan vermədi. Biz 19 yaşadək futbolçular arasında 28 ən yaxşı komanda arasına düşdük. Hesab edirəm ki, Azərbaycanı həm meydanda, həm də meydandan kənarda pis təmsil etməmişik”.