1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" "Borusiyya" ilə qarşılaşacaq
Aprelin 3-də 12 yaşadək futbolçulardan ibarət komandaların çıxış edəcəyi ənənəvi "İzmir kuboku”na start veriləcək. Sportnet.az-ın məlumatına görə, 2 gün davam edəcək turnirdə 21 ölkədən olan 48 komanda mübarizə aparacaq.
"Qəbələ" klubunun da çıxış edəcəyi iştirakçılar arasında İstanbul nəhəngləri "Qalatasaray”, "Beşiktaş”, "Fənərbaxça” ilə yanaşı, İtaliyanın "Yuventus” və "Roma”, Portuqaliyanın "Porto”, Fransanın PSJ, Ukraynanın "Dinamo” (Kiyev), Almaniyanın "Verder” və "Borussiya” (Mönhenqladbax), Hollandiyanın "Ayaks”, "Tvente” kimi klublar da yer alıb.
Üç gün davam edəcək turnirin açılışında topa ilk zərbəni FİFA İcraiyyə Komitəsinin üzvü Şenes Erzikin vurması planlaşdırılıb. Artıq 48 komanda hərəsində 6 iştirakçı olmaqla 8 qrupa bölünüb. "Qəbələ” Mönhenqladbax "Borussiya”sı, Rumıniyalı əfsanə Georgi Hacının Futbol Akademiyası, Qırğızıstan "Bişkek”i, həmçinin yerli komandalar – "Bursaspor” və "Altay” eyni qrupda mübarizə aparacaq.
"Qəbələ” aprelin 3-də qrupunun açılış matçında "Borussiya” ilə görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 10:00-da başlayacaq. 12:00-da rumıniyalılarla, 14:00-da "Bursaspor”la, 17:30-da "Bişkek”lə üz-üzə gələcək "qırmızı-qaralar” qrup mərhələsinin son qarşılaşmasına 18:30-da çıxacaq. Həmin matçdakı rəqib "Altay” olacaq.
Qeyd edək ki, hər qrupda ilk 4 yeri tutan komandalar aprelin 4-5-də mükafatlar uğurunda mübarizəni davam etdirəcək.