"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offunda "Viktoriya" (Plzen) komandası ilə oyununu izləmişəm. Bu rəqiblə qarşılaşmaq istəmirdim".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"unun qapıçısı Tomaş Vatslik şəxsi feysbuk hesabında yazıb.
33 yaşlı qolkiper ilk vaxtlar bu turniri arzulamadıqlarını bildirib: "Amma oynadığımız matçlardan sonra buna sevinməliyik. "Olimpiakos"un ambisiyaları hər zaman yüksəkdir".
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.