
Azərbaycanın 16 yaşadək futbolçularında ibarət milli komandası UEFA-nın İnkişaf turnirində növbəti matçını keçirib. Sportnet.az-ın məlumatına görə, Bayıl stadionunda baş tutan görüşdə yığmamız Qazaxstan millisi ilə qarşılaşıb.
Oyun yığma komandamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, futbolçularımız turnir çərçivəsində növbəti matçını sabah gürcüstanlı həmyaşıdlarına qarşı keçirəcəklər.