1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ərdoğandan "Fənərbağça"ya qarşı hücuma reaksiya
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Super Liqada çıxış edən 18 klubunun kapitanı ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, görüş "Fənərbağça" klubunun ötən həftəsonu "Çaykur Rizəspor" ilə səfər matçından qayıdarkən Trabzonda silahlı basqına məruz qalması ilə əlaqədar keçirlib.
Toplantıda klub kapitanları ilə yanaşı, gənclik və idman naziri Akif Cağatay Kılıç, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən də iştirak edib. Saat 18:00-da başlayacağı açıqlanan toplantı prezidentin başqa bir proqrama qatılması ilə əlaqədar olaraq 1 saat gecikib. Ərdoğanın dəvətliləri arasında "Trabzonspor"un kapitanı Joze Bosinqva da olub. Klubun portuqaliyalı kapitanı görüşdə Ərdoğana imzalı forma da hədiyyə edib.
Qeyd edək ki, mətbuat üçün qapalı iclas 1,5 saatadək davam edib.