Seneqal millisinin baş məşqçisi Aliu Sisse ilə müqavilə uzadılıb.
Sportnet.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Sisse 2015-ci ildən yığmaya başçılıq edir. Seneqal millisi ötən il Afrika Millətlər Kubokunu qazanıb. Komanda Qətərdə təşkil olunacaq dünya çempionatının A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.