Argentina millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti bəlli olub.
Sportnet.az xəbər verir ki, baş məşqçi Lionel Skaloni yekun “26-lığ”ı müəyyənləşdirib.
Siyahıya 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 7 hücumçu daxil edilib.
Qeyd edək ki, Argentina millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Meksika, Səudiyyə Ərəbistanı və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq.