Argentina millisi bu il Qətərdə keçiriləcək dünya çempionatından əvvəl itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, İtaliyanın "İnter" klubundan yığmaya cəlb olunan Xoakin Korrea mundialı buraxacaq.
28 yaşlı hücumçu sol ayağından zədə alıb. Korreanın yerinə komandaya ABŞ-ın MLS liqasında çıxış edən "Atlanta"nın hücumameyilli yarımmüdafiəçisi Tiaqo Almada çağırılıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Argentina C qrupunda Meksika, Polşa və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.