Fransa millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema bu gün Qətərdə start götürəcək dünya çempionatını buraxacaq.
Sportnet.az Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu zədə səbəbindən mundialda iştirak edə bilməyəcək. 35 yaşlı forvardın sol budunda əzələ zədələnməsi aşkarlanıb.
"L Equipe" nəşrinin iddiaslna görə, təcrübəli oyunçunu DÇ-2022-də İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Antoni Marsyal əvəzləyəcək.
Qeyd edək ki, Fransa millisi dekabrın 18-dək davam edəcək dünya çempionatında Avstraliya, Danimarka və Tunislə birlikdə D qrupunda mübarizə aparacaq.