Qətərdə start götürən 22-ci Dünya Çempionatında bütün milli komandalar kimi İspaniya millisinin də hansı nəticə ilə yadda qalacağı böyük maraq doğurur. Əvvəlcə İspaniya millisinə olan simpatiyamdan bəhs edim. 2006-cı il Almaniyada keçirilən mundialda 8 yaşım var idi. Həmin mundialdan etibarən İspaniya millisinə azarkeşlik etməyə başlamışam.
Düzdür onda çox məyus olmuşdum. Çünki İspaniya millisi 1/8 finalda gümüş medalçı Fransa millisinə məğlub olmuşdu. İspaniya klub səviyyəsində bir çox uğurlara imza atsa da, 1964-cü ildəki Avropa Çempionluğundan sonra uzun müddət 2008-ci ilə qədər uğur qazana bilmirdi. Nəhayət, 2008 Avropa, 2010 Dünya və 2012 Avropa çempionatını qazanmaqla 3 böyük yarışı qazanaraq bir ilkə imza atdı.
İspaniya millisi tarixində ən çox oyun keçirən futbolçu Serxio Ramos (180) ən çox fərqlənən isə 98 oyuna 59 qolla David Vilyadır. 2014 Dünya Çempionatında qrup mərhələsində, 2016 Avropa və 2018 Dünya Çempionatında isə 1/8 finalda mübarizəni dayandırdı. Koronavirus pandemiyasına görə 1 il sonra - 2021-ci il Avropa çempionatında isə yarımfinala qədər irəliləməyi bacardı. Düzü bir çox İspaniya azarkeşi kimi məndə bu nəticəni gözləmirdim. Çünki İspaniya millisində əvvəlki 2008-2012 ci illərlə müqayisədə indiki dövrdə olan futbolçular arasında böyük səviyyə fərqi var. Bununla belə Qətər 2022 -də İspaniya millisinin hansı nəticə ilə yadda qalacağı böyük maraq doğurur.
İspaniya millisinə 16 illik simpatiyası olan biri kimi fikrimcə, İspaniya millisi "E" qrupunda "Almaniya", "Yaponiya" və "Kosta-Rika" ilə mübarizədə sensasiya baş verməsə ən pis halda qrup 2-cisi kimi belədə olsa qrupdan çıxacaq. Amma fikrimcə maksimum 1/4 finalda mübarizəni dayandırarlar. Təbiiki çempion olmasını hamıdan çox istəyərəm. Amma mövcud heyətlə çempionluq açığı biraz real görünmür. Amma istənilən nəticədən asılı olmayaraq, İspaniya millisinə azarkeşliyim davam edəcək. Ümid edirəm ki İspaniya millisi uğurla çıxışla yadda qalar və biz azarkeşləri sevindirər. Təşəkkürlər.
Əziz RƏSULOV