İran millisi Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı keçirdiyi B qrupunun ilk tur oyununda ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, Asiya təmsilçisinin qapıçısı Əlirza Beyrənvand zədələnib. Rəqiblə toqquşmadan sonra burnundan xəsarət alan qolkiper matçı davam etdirə bilməyib.
O, 19-cu dəqiqədə Hüseyn Hüseyni ilə əvəzlənib.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.