
İran millisi tarixində ilk dəfə dünya çempionatlarında Avropa təmsilçisinə qalib gəlib.
Sportnet.az-ın məlumatına görə, Asiya komandası Qətərdə keçirilən mundialın II turunda Uelsi iki cavabsız qolla üstələməklə buna nail olub.
İran turnir tarixində üçüncü qələbəsini qazanıb. Cənub qonşumuz daha əvvəl 1998-ci ildə ABŞ-ı 2:1, 2018-ci ildə Mərakeşi 1:0 hesabı ilə üstələyib.
Yığmanın hücumçusu Serdar Azmun indiyədək DÇ-2022-də dirəyə ən çox zərbə endirən oyunçudur. 27 yaşlı forvard İngiltərə 2:6 hesabı ilə uduzduqları ilk tur matçında və Uelslə görüşdə topu dirəyə vurub.
O, ümumilikdə 9 dəfə qapıya zərbə vurub, bunun 4-ü çərçivəyə düşüb.