
Meksika millisinin futbolçusu Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb.
Sportnet.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən mundialda Argentinaya qarşı II tur matçında meydana çıxmaqla nail olub.
Quardado karyerasında 5-ci dəfə turnirdə iştirak edib. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffona (İtaliya), Lionel Messi və Kriştianu Ronalduya (Portuqaliya) çatıb.
Messi və Ronaldu da DÇ-2022-də rekordçular sırasına düşüb.
Dünya çempionatlarında 21-ci qarşılaşmasına çıxan Messi bu göstəriciyə görə əfsanəvi Dieqo Maradonaya çatıb.