Argentina millisinin qapıçısı Emiliano Martines DÇ-2022-də qazandığı qızıl medalı qorumaq üçün xüsusi təlim görmüş it alıb.
Sportnet.az "Daily Star"a istinadən xəbər verir ki, "Aston Vİlla"nın qolkiperi Belçika cinsi olan çoban iti üçün 20 min funt-sterlinqə (təqribən 24 min dollar) ödəyib.
Bu itlərin çəkisi 30 kq-a qədərdir. Böyük Britaniya və ABŞ-dakı elit hərbi hissələr onlardan tez-tez döyüş missiyaları üçün istifadə edirlər.
"Elite Protection Dogs"dan alınan it indi Martinezin həyat yoldaşı, oğlu və qızının da yaşadığı evini qoruyacaq.