Polşa "Legiya"sının futbolçusu Makana Baku Türkiyənin Antalya şəhərində "Səbail"ə qarşı keçirilən yoxlama oyununda zədələnib.
Sportnet.az xəbər verir ki, topuğu burxulan almaniyalı hücumameylli yarımmüdafiəçinin komandasının təlim-məşq toplanışı zamanı oynayacağı digər sınaq matçlarını buraxacaq.
25 yaşlı vingerin hansı müddətə sıradan çıxdığı dəqiq bilinmir. Onun vəziyyətinə tibbi müayinədən sonra tam aydınlıq gələcək.
Qeyd edək ki, "Səbail" - "Legiya" matçında qalib müəyyənləşməyib - 2:2.