Portuqaliyalı hücumçu Kriştianu Ronaldu yanvarın 22-də keçiriləcək rəsmi oyunda “Əl-Nəsr”in heyətində debüt edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə Səudiyyə klubunun mətbuat xidməti məlumat yayıb.
Yanvarın 22-də “Əl-Nasr” Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttifaq”la qarşılaşacaq
Qeyd edək ki, Ronaldu artıq Səudiyyə Ərəbistanında meydana çıxıb, bu, Riyad komandasının (“Əl-Nəsr” və “Əl-Hilal”ın birləşmiş komandası) PSJ (4:5) ilə oynadığı yoldaşlıq oyununda baş verib. Bu matçda o, dubla imza atıb.
Hücumçu bu il yanvarın 2-də “Əl-Nəsr”in futbolçusu olub.