
Türkiyənin "Qalatasaray" və "Fənərbağça" klublarının Robin var Persini transfer etmək barədə cəhdləri boşa çıxıb. Sportnet.az-ın məlumatına görə, İngiltərənin "Mançester Yunayted" klubunun şərəfini qoruyan hollandiyalı futbolçu Türkiyəyə getməkdən imtina edib.
32 yaşlı hücumçuya 3 illik müqavilə qarşılığında həftəsinə 220 min funt sterlinq vədi verilmişdi.









































































