"Qarabağ" və "Neftçi" komandaları arasında keçirilən Misli Premyer Liqasının XXIV tur matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisinin bərabərlik qolundan sonra qonaqların qapıçısı İvan Brkiç topu rəqibə vermək istəməyib.
Bundan sonra meydan sahiblərinin futbolçuları xorvatiyalı qolkiperlə mübahisə ediblər. Ardınca isə, "ağ-qaralar"ın azarkeşləri meydana məşəl atıblar.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.