
Almaniyanın "Bavariya" klubunun oyunçusu Bastian Şvaynştayqer tarixə düşüb. Sportnet.az-ın məlumatına görə, o,  Almaniya futbolu tarixində Bundesliqanın səkkizqat çempionu olmuş 3-cu futbolçudur. 
	
	
30 yaşlı yarımmüdafiəçi ilk dəfə 2002-3 mövsümündə çempionluğa sevinib. Ardından isə 2005, 2006, 2008, 2010, 2013, 2014 və 2015-ci illərdə Bundesliqanın qızıl medallarını qazanıb. 
	
	
Səkkizqat Almaniya çempionu olmuş digər futbolçular isə "Bavariya"nın sabiq qapıçısı Oliver Kan və yarımmüdafiəçisi Mehmet Şolldur. 
	
	
Qeyd edək ki, "Bavariya" 25-ci dəfə Almaniya çempionu adını qazandı. 









                 





    
    
    
    
    
    
    
    
    






















































