1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yılmaz Vural: "Belə oyunun içinə..."
Türkiyə Superliqasının XXVIII turunda "Beşıktaş"a son dəqiqələrdə məğlub olan "(1:2) "Kardemir Karabükspor"un baş məşqçisi Yılmaz Vural oyundan sonra maraqlı açıqlamaları ilə gündəmə gəlib. Sportnet.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis uğursuzluğun səbəbini hakimlər və bəxt ilə əlaqələndirib:
"Oyuna əmək sərf etdik. Ən azından heç-heçə bitirsək yaxşı olardı. "Beşıktaşı təbrik edirəm. Son sıralarda olan komanda ilə liderlik uğrunda mübarizə aparan komanda başa-baş mücadilə apardılar. Verilən qırmızı vərəqə əslində qırmızı vərəqəlik epizod deyil. Ancaq hakim elə qərar verdi. 7 dəqiqə də oyun uzandı. Türkiyədə hansı komanda 7-8 dəqiqə əlavə vaxt matç oynayıb?! Nəticə olaraq məğlub olduq.
Karabükspor" komandası liqadan çıxmamalıdır. Yaxşı oynadığımız vaxtlarda da alınmayıb. Hakim qardaşlarımızdan xahiş edirəm, atanızın fiti deyil, çalmayın fiti. Mən oyundan sonra ağladım. 62 yaşım var və mən ağladım. Ədalət sizə təslim olunub, belə hərəkətlər etməyin. Oyunçularıma da təşəkkür edirəm. Matçda üzərlərinə düşəni etdilər. Futbol nəticə oyunudur və uduzursan. 90+1 də Hakan qol imkanını əlindən buraxdı. Yoxsa oyun xeyrimizə ola bilərdi. Belə xırda məqamlar əleyhimizə oldu. Qola baxanda isə, fırlandı, kəllə atdı və qol oldu. Bəxt belə olacaqsa, içinə "zibil" olsun belə oyununun. Tamamı ilə şansa görə oldu qol.
Oyundan sonra keçirilən mətbuat konfransında isə Vural matçdan öncə dediyi "Çempionluq "Beşıktaş"a çox yaraşacaq" sözünün arxasında olduğunu da bildirib.