
UEFA Konfrans Liqasında bütün yarımfinalçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, 1/4 final mərhələsinin cavab oyununda Polşa "Lex"i İtaliyada "Fiorentina"ya 3:2 hesabı ilə qalib gəlsə də, öz meydanında 1:4 hesabı ilə uduzduğu üçün mübarizəni dayandırıb. "Fiorentina" finala gedən yolda İsveçrə "Bazel"i ilə üz-üzə gələcək. "Bazel" 1/4 final mərhələsinin cavab görüşündə "Nitsa"nı Fransada əlavə vaxtda üstələməyi bacarıb.
"AZ Alkmaar" isə Belçikada "Anderlext"ə 0:2 hesablı məğlubiyyətin əvəzini Niderlandda çıxmağı bacarıb. Öz meydanında eyni hesablı qələbə qazanan AZ penaltilər seriyasında da üstün olub. Niderland təmsilçisi yarımfinalda İngiltərə "Vest Hem"i ilə üz-üzə gələcək. "Vest Hem" 1/4 finalın cavab oyununda Belçikanın digər təmsilçisi "Gent"i darmadağın edib.
Qeyd edək ki, "Lex" və "Gent" bu mövsüm avrokuboklarda "Qarabağ"ın rəqibləri olub.
UEFA Konfrans Liqası
1/4 final, cavab görüşləri
13 aprel
20:45. "Fiorentina" (İtaliya) - "Lex" (Polşa) - 2:3
Qollar: Rikkardo Sottil, 78. Qaetano Kastrovilli, 90+2 - Afonso Souza, 9. Kristoffer Velde, 65 (pen.). Artur Sobex, 69
İlk oyun - 4:1
20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (PENALTİLƏRLƏ - 4:1)
Qollar: Pavlidis, 5 (pen.); 13
İlk oyun - 0:2
23:00. "Vest Hem" (İngiltərə) - "Gent" (Belçika) - 4:1
Qollar: Maykl Antonio, 37; 63. Lukas Poketa, 55. Deklan Rays, 58 - Uqo Köypers, 26.
İlk oyun - 1:1
23:00. "Nitsa" (Fransa) - "Bazel" (İsveçrə) - 1:2 (ƏLAVƏ VAXT - 0:1)
Qol: Qaetan Laborde, 9 - Jan-Kevin Oqüsten, 86. Kasim Nuhu, 98
İlk oyun - 2:2.