
Millimizin qolkiperi Emil Balayevin şərəfini qoruduğu "Ayntraxt"Almaniya Bundesliqasında 31-ci turun oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Bremendə "Verder"in qonağı olan komanda 0:1 hesabı ilə məğlub olub.
Robert Hartmannın idarə etdiyi görüşdə Emilin adı iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Ayntraxt" 36 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.