
Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" ilə matçda iştirak edə bilər. Sportnet.az-ın məlumatına görə, hücumçu oyunöncəsi məşqlərdə iştirak edib.
Klubun baş məşqçisi Xosep Qvardiola mətbuata açıqlamasında Levandovskinin özünü hazır etdiyi halda, meydana çıxa biləcəyini söyləyib.
Qeyd edək ki, "Barselona" - "Bavariya" matçı bu gün Bakı vaxtı ilə 23:45-də start götürəcək.