
“Sabahkı oyunu səbirsizliklə gözləyirik”.
Sportnet.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Filip Ozobiç Türkiyənin “Beşiktaş” klubuna qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransında deyib.
32 yaşlı yarımmüdafiəçi “Neftçi” Arena”da baş tutacaq ilk qarşılaşmada azarkeşləri sevindirmək istədiklərini söyləyib: “Yaxşı oyun nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, avqustun 10-da keçiriləcək oyun saat 21:00-da start götürəcək.