
“Beşiktaş”ın futbolçusu Onur Bulut Konfrans Liqası III təsnifat mərhələsində qalib gəldikləri “Neftçi” görüşü (3:1) barədə danışıb.
Sportnet.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ikinci hissədə yaxşı oynamadıqlarını bildirib:
“Matça yaxşı başladıq. Məncə, birinci hissədə çox yaxşı oynadıq. İkinci yarıda istədiyimiz kimi oynama bilmədik. İstədiyimiz oyunu 90 dəqiqə oynamalıyıq. Üçüncü rəsmi matçımız idi. Ümid edirəm növbəti görüşlərdə ikinci hissədə daha yaxşı performans göstərərik.
Komanda üçün əlimdən gələni etməyə çalışıram. Bir neçə mövqedə oynaya bilirəm. Oyundan-oyuna inkişaf edirəm. Mən buraya sağ cinah müdafiəçisi olaraq gəlmişəm. Amma hazırda mənə başqa iş tapşırılır. Verilən tapşırıqları yerinə yetirməyə çalışıram”.