
Ingiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Samir Nasri üçün mövsüm vaxtından əvvəl bitib. Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın XXXV turunda "Tottenhem"lə oyunda (1:0) zədə alan fransalı futbolçu qasıq nahiyyəsindən zədə alıb.
Onun çempionatın son 3 turunda iştirak edəcəyi real görsənmir.
Qeyd edək ki, Nasri bu mövsüm 24 oyunda iştirak edib, 2 dəfə fərqlənib, 6 qola isə asistentlik edib.