
Əfsanəvi braziliyalı futbolçu Pele San-Paulu xəstəxanasından buraxılıb. Sportnet.az-ın məlumatına görə, 74 yaşlı sabiq hücumçu hiperplazadan əməliyyat olunub.
O, xəstəxanadan həyat yoldaşı Marşiya Aoka ilə birgə çıxıb.
Qeyd edək ki, bu, Pelenin son yarım ildə keçirdiyi ikinci əməliyyat olub. İlk dəfə 2014-cü ilin noyabrında onun böyrəyindəki daşlar götürülüb.