"Milan" qış transfer pəncərəsində hücum xəttini gücləndirməyə qərar verib.
Sportnet.az xəbər verir ki, İtaliya klubu Con Duranın xidmətində maraqlıdır.
"Aston Villa"nın forvardı qış transfer pəncərəsində A seriyası təmsilçisinə keçə bilər. Milanlılar kolumbiyalı futbolçu üçün ilkin danışıqlara start veriblər.
Qeyd edək ki, cənubi amerikalı cari mövsümdə 21 oyun keçirib. O, 4 qol və 1 assistə imza atıb.