"Panatinaikos" Fatih Terimin baş məşqçiliyi altında ilk oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda Yunanıstan Super Liqasının 16-cı turunda autsayder "PAS Yannina"nı qəbul edib.
Görüş "Panatinaikos"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə Terimin Yunanıstan klubundakı debütü uğurlu alınıb. O, cəmi bir həftə əvvəl "Panatinaikos"a baş məşqçi təyin olunub.
Qeyd edək ki, "Panatinaikos" hazırda turnir cədvəlində lider PAOK-dan 1 xal geri qalaraq 37 xalla 2-ci yeri tutur.